REANİMASİYA VƏ İNTENSİV TERAPİYA

$slug

Reanimasiya və İntensiv terapiya bölməsi

Reanimasiya və İntensiv terapiya – kritik xəstələrin saxlanıldığı və 24 saat ərzində yüksək texnologiya ilə xidmət göstərildiyi bir şöbədir. Kritik xəstə – həyati göstəriciləri, həyatı funksiyaları pozulmuş və yaşaması risk altında olan pasientdir.  Son illərdə texnologiyanın sürətli inkişafı tibb elminə, xüsusi ilə də Reanimasiya şöbəsinin işində nəzərə çarpacaq dərəcədə dəyişikliklər yaratmışdır.

Reanimasiyada süni tənəffüs aparatına ehtiyacı olan və xüsusi baxım tələb olunan xəstələr yatırılır. Reanimasiya müasir texnikanın nailiyyətlərinə (orqanizmin funksional pozğunluğunu siqnalla xəbər verən yeni elektron aparatlar, tənəffüsü, qan dövranını tənzimləyən aparatlar və s.) əsaslanır.

Bakı Sağlamlıq Reanimasiya və İntensiv terapiya  şöbəsi yüksək texnologiya ilə təchiz olunan bir sistem əsasında qurulmuşdur. Hər çarpayının başında tənəffüs aparatı cihazı və hər cür monitorizasiyaya uyğun monitorlar yerləşdirilmişdir. Yataq yaralarının profilaktikası məqsədilə hər bir yataq havalı döşəklə təmin edilmişdir. Eyni zamanda Hemodializ, Hemofiltrasiya, Plazmofarez, cihazları var ki, o da qəflətən meydana gələn orqan çatışmazlıqları zamanı istifadə edilməsi üçün hazır olaraq yerləşdirilmişdir.

Reanimasiya şöbəsinin mütəxəssis həkimləri xəstələrə xidmət göstərərkən, digər dar ixtisas həkimlərinin konsultasiyalarına da müraciət edirlər. Reanimasiya şöbəsində yatan xəstələrə günün hər saatında bütün laboratoriya testlərinin və instrumental müayinələrin aparılması üçün şərait yaradılmışdır.

Reanimasiyamız 12 çarpayılı, İntensiv terapiya şöbəsi isə 8 çarpayılıqdır. 2 çarpayı izolə olunmuş və xüsusi infeksion xəstələr üçün nəzərdə tutulmuşdur. İntensiv terapiya şöbəsində isə eyni zamanda süni tənəffüs aparatına ehtiyacı olmayan və ya əməliyyatdan çıxan, qısa müddətdən sonra aparatdan ayrılacaq xəstələr, reanimasiyadan çıxa biləcək, lakin normal stasionarda təqibi riskli olan xəstələr, ümumi vəziyyəti stabil olan nevroloji xəstələr yatırılır. Eyni zamanda əməliyyat sonrası xəstələr də çox ağır və ya multitravmalı deyilsə burada yatırılır.

Reanimasiya şöbəsinə Miokard İnfarktı, Şok, Kompleks aritmiyalar, KKY, Hipertenziv kriz, Stenokardiya, Ürək tampanadası, Aorta anevrizması, Komplet A-V  blok

Kəskin tənəffüs çatışmazlığı, Pulmonar emboliya, Massiv hemoptizi, İntubasiya edilməsi vacib olan xəstələr, ARDS, Ciddi pnevmoniyalar, kəskin Beyin Qan Dövran Pozqunluğu (CVA), subaraxnoid qanama (SAH),  Meningit, Ensefalit, Neyromuskulyar xəstəliklər (Myastenia Gravis, Guillian Barre kimi), Status Epilepticus, Kəllə travmaları, Fulminan qaraciyər  çatışmazlığı, pankreatit, ciddi qanama, qida borusunun yırtılması, Ketoasidoz, Tiroid  koması, Hiperosmolyar vəziyyətlər, Ciddi elektrolit imbalansı, Əməliyyat sonrası xəstələr (böyük əməliyyatlar sonrası və ya ağır xəstələr), Septiki şok və yanıqlar, Multitravmalar, Hemodinamik monitorizasiya vacib olan xəstələr yatırılır.

“Box” otaqlarda infeksiyalı xəstələr, orta və ağır dərəcəli yanıqlar, digər xəstəxanadan köçürülən, xəstəxana infeksiyası olma ehtimalı olan xəstələr yatırılır.